Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yayda alma sirkəsi- Tərləməyə qarşı

  • 2023.06.02 15:44
  • 2898 Baxış
Yayda alma sirkəsi - Tərləməyə qarşı
Alma sirkəsi yayda ayaqların tərləməsi və yorğunluğuna qarşı mükəmməl vasitədir.

Gündə bir stəkan su ilə qarışdırılan iki yemək qaşığı sirkə həzmi stimullaşdırmağa, immunitet sistemini gücləndirməyə və həmçinin təravətli dərini təmin etməyə kömək edir.

“Medicina” xəbər verir ki, həkim – Tatyana Zazarovanın sözlərinə görə, alma sirkəsi yay aylarında bir çox xoşagəlməz halların qarşısını alır.


Döyənəyə qarşı vasitə - 100 ml alma sirkəsini suya əlavə edib, ayaq vannası edin. Bu vanna dabanlarda kobud dərini yumşaltmağa kömək edəcək. Sonradan həmin dərini sadəcə daşlamaqla dabanlarınız tərtəmiz olur.

Mikozdan, göbələkdən qurtulmaq - alma sirkəsini vannaya əla etməklə xoşagəlməz mikozdan qurtulmaq olar.
Ayaqların tərləmələri - ayaqların tərləməsi zamanı su-sirkə qarışığı kömək edir. Bunu etmək üçün 200 ml litr alma sirkəsini iki litr ilıq su ilə vanna etmək olar.

Ayaq yorğunluğuna qarşı – alma sirkəsi ilə ayaq hamamı iltihab əleyhinə və qan dövranı təsirinə malikdir və beləliklə ayaqların şişməsinin qarşısını alır.

Aynurə Məmmədova