Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yayda aktivləşən dəri xərçənginin əlamətləri

  • 2023.06.15 15:15
  • 2220 Baxış
Yayda aktivləşən dəri xərçənginin     əlamətləri
Dəri xərçənginin hər hansı bir əlamətinin olub -olmamasını izləmək üçün bədəndəki xalların dəyişkənliyinə diqqət yetirmək lazımdır.


“Medicina” xəbər verir ki, həkim – onkoloq Andrey Vorobyovun sözlərinə görə, isti yay aylarında saçlarınızın köməyi ilə bəzi yerlərin dərisini qorumaq mümükündür. Lakin açıq qalan hissələr qızmar günəş şüalarına məruz qalır. Əksər dəri xərçəngləri günəş işığına daha çox məruz qalan yerlərdə inkişaf edir.

“Ağız, cinsiyyət orqanları, əl və ayaq içi, eləcə də dırnaqların altında da daxil olmaqla, nadir hallarda işığı görən yerlərdə də narahatlıq yarana bilər.


Dərinizi mütəmadi olaraq yoxlamaq vacibdir və yeni bir şey, hər hansı dəyişiklik və ya qeyri-adi bir şey görsəniz, mütləq həkimə müraciət edin.

Diqqət ediləsi əsas dəyişikliklər:

Asimmetriya - xal nizamsız bir formaya malik olduqda
Sərhəd – qeyri-bərabərdir
Xalda rəng dəyişkənliyi, xallar qaralır
Diametri - noxuddan daha böyük bir xal
Böyüyür- son bir neçə həftə və ya ay ərzində xallarda ölçü dəyişkənliyi


Həmçinin axıntı, qanaxma, ağrı və qaşınmaya diqqət yetirmək lazımdır”.

Günay Quluzadə