Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaya qədər koronavirus bitməyəcək – 6-cı dalğa nə vaxt başlayır?

  • 2022.02.28 17:33
  • 2599 Baxış
Yaya qədər koronavirus bitməyəcək  – 6-cı dalğa nə vaxt başlayır?

Riyaziyyatçı analitik Aleksey Borovkov koronavirusun Altıncı dalğasının vaxtı barədə proqnoz verib.

Medicina.az xəbər verir ki, alim Omikronun indiki dalğasının sonuncu olmayacağını bildirib.

Yayın əvvəli yeni yoluxma alovlanması gözlənilir.

Qeyd edək ki, Borovkov Kovid 19-la bağlı proqnozların riyazi modelini hazırlayan qrupun rəhbəridir.

Koronavirus tədricən, zamanla, yavaş səngiyəcək.

Hesablamalar göstərir ki, aprelin ortasında növbəti bir yüksəliş olacaq, biz indiki yoluxma rəqəmlərini yenidən görəcəyik.


“İndi biz piki keçmişik, yoluxanlar sağalır. Biz görürük ki, insanların sağalması daha uzun çəkir. Sankt-Peterburqa bəyaz gecələri görmək üçün turist axını olacaq. O vaxta kimi, kovid yeni ştamm törətsə, onlar yeni mutasiyanı şəhərdən-şəhərə daşıyacaq və biz yeni dalğanın şahidi olacağıq”.

MEDİCİNA.AZ