Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaya doğru pandemiya bitə bilər - Tanınmış həkim

  • 2022.03.10 15:36
  • 1972 Baxış
Yaya doğru pandemiya bitə bilər   - Tanınmış həkim


“Pandemiyadan sonra dünya daha fərqli olacaq. Artıq bu tipli pandemiya və epidemiyaların başlanma riskinin böyük olduğu haqda fikirlər var”.


Bu sözləri Bakupost.az -a açıqlamasında “Ankara” klinikasının baş həkimi, alqoloq Zülfüqar Yusifov deyib.

O, pandemiyanın yaxın zamanada bitəcəyi ilə bağlı iddialara münasibət bildirib:


“Pandemiyanın bitəcəyini demək üçün hələ tezdir. “Omickron” ştamının həm qısamüddətli kliniki gedişatı, o cümlədən çox sürətli yayılması bütün insanların buna yoluxmasına gətirib çıxardı. Sürətli yoluxma kütləvi immunitetin yaranması üçün çox vacib şərtləndəndir. Havaların isinməyə doğru getməsi, yoluxma statistikasının aşağı olması pandemiyanın bitməsi haqqında düşünməyə ümid verir. Əlbəttə ki, ehtiyatı əldən vermək olmaz.

Kiçik bölglərdə bu virusun qaldığı müşahidə olunsa, ehtiyat tədbirləri davam edəcək. Əgər dünya üzrə ciddi şəkildə azalma və rəqəmlərin aşağı olduğunu görəcəyiksə, pandemiynın bitdiyini elan etmək lazım gələcək. Pandemiya dövründə dünya fərqli oldu, amma pandemiyadan sonra da dünya fərqli olacaq. Artıq bu tipli pandemiya və epidemiyaların başlanma riskinin böyük olduğu haqda fikirlər var”.