Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yay yorğunluğunu aradan qaldıran bitkilər

  • 2024.06.12 17:19
  • 1041 Baxış
Yay yorğunluğunu aradan qaldıran bitkilər
Yayda artan temperatur yorğunluğa səbəb olur. Xüsusilə sümük ağrılarına və davamlı yatmaq istəyinə qarşı orqanizmi cavanlaşdıran qidalara üstünlük vermək lazımdır.

Medicina.az xəbər verir ki, çağımızın ümumi problemi olan tənbəlliyin təbii şəfası olan bitkiləri təqdim edir:

Bir çox insan xüsusilə yay aylarında tənbəllik və enerjisizlik ilə üzləşir. Ancaq bəzi möcüzəvi bitkilər bu problemlərə təbii həllər təklif edir.

Mütəxəssislər bu bitkilərdən birinin rozmarin olduğunu bildirirlər. Təbii enerji mənbəyi olan rozmarin süstlük hissini aradan qaldırmaqda xüsusilə təsirlidir.

Əməköməci də immunitet sistemini gücləndirən, iltihab əleyhinə təsir göstərən və həzm sisteminə faydalı olan bitki kimi tanınır.

Zəncəfil isə qan dövranını sürətləndirərək yorğunluğu aradan qaldırır.

Bu bitkilərin hər biri immunitet sistemini gücləndirir. Həmçinin viruslar və infeksiyalarla mübarizə aparmağa kömək edir.

Qeyd edək ki, bu cür bitkilərin istifadəsi ilə bağlı Prof. Dr. Özgül Yıldız kimi sahənin mütəxəssisləri xəbərdarlıq edirlər. Bildirilir ki, düzgün istifadə çox əhəmiyyətlidir. Hər hansı sağlamlıq problemi olanların həkim məsləhəti olmadan dərman bitkilərindən istifadə etməmələri vacib məsələdir.


Aysel