Yay mövsümü gəldiyindən insanların ən çox yediyi qidalardan biri də dondurmadır. Artıq bir neçə gündür ki, Qida Təhlükəsizliyi Agentliyi dondurma alarkən insanlarımızın diqqətli olmasıyla bağlı xəbərdarlıqlar edir.
Bəs donduramlarla bağlı bu günə kimi istehlakçılar tərəfindən şikayətlər olubmu?
Medicina.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Moderator.az-a açıqlamasında bildirib ki, bununla bağlı insanlar arasında maarifləndirmə işləri aparılır:
"Dondurmalarla bağlı hələ ki, bizə şikayət daxil olmayıb. Amma biz bu günə kimi saxta dondurmalarla bağlı 10-dan çox məqalə dərc etmişik ki, insanlarımız maariflənsinlər. Həm Qida Təhlükəsizliyi Agentliyi və həm də Azad İstehlakçılar Birliyi bu məsələdə insanlarımızı diqqətli olmağa çağırır. Çünki sonrakı fəsadlar onların həyatı üçün təhlükəlidir”.