Kəskin qastrit və qastroenterit insanlar arasında tez-tez müşahidə olunur. Buna xüsusilə məktəbəqədər yaşlı uşaqlar arasında daha çox rast gəlinir. Çox vaxt belə mədə-bağırsaq pozuntuları yüngül formada keçir.
“Medicina” xəbər verir ki, kəskin qastrit alimentar və infeksion etiologiyalı ola bilər. Alimentar pozulmalar həddən artıq qida qəbul etdikdə, kobud qida ilə qidalandıqda, yetişməmiş meyvə yedikdə, köhnə konserv, kolbasa və s.-dən istifadə etdikdə baş verir.
Digər ekzogen səbəblərdən biri də müxtəlif dərman preparatlarından (xüsusilə, iltihab əleyhinə dərmanlar, bəzi antibiotiklər-eritromisin, ampisillin və s.) sonra baş verən pozulmalardır.
Əmələgəlmə səbəblərindən və klinik əlamətlərindən asılı olaraq kəskin qastrit alimentar, toksiko-infeksion və ikincili formalara bölünür. Alimentar və toksiko-infeksion formalara daha çox yay aylarında rast gəlinir. Kəskin qastrit ən çox zəif və müəyyən qidalara qarşı yüksək həssaslığı olan uşaqlarda əmələ gəlir.
Kəskin qastrit birdən-birə, qida rejiminin pozulmasından 6-12 saat keçdikdən sonra başlayır, güclü və təkrari qusma, bəzən əzginlik, ürəkbulanma, başağrı, üşütmə, mədənin dolması hissiyyatı və qarın nahiyəsində yayılmış ağrılar müşahidə edilir. Dəri örtüyü avazıyır və zəiflik qeyd olunur. Dil ərpli olur, ağızdan aseton iyi gəlir. Qarın bir qədər köp olur, palpasiya zamanı epiqastral nahiyədə ağrı hiss edilir.
Məktəbəqədər yaşlı uşaqlarda bəzən ağır intoksikasiya inkişaf edə bilər ki, bu da toksik dispepsiyanı xatırladır. Bu zaman temperatur 38-39°C-yə qədər yüksəlir. Xəstənin çoxlu su itirməsi və mineral mübadiləsinin pozulması nəticəsində orqanizmdə bir sıra dəyişikliklər baş verir. Ürək-damar sistemi tərəfindən də bir sıra dəyişikliklər olur. Ürək tonları karlaşır, nəbz tez-tez və kiçik olur, arterial təzyiq enir.
Bəzi hallarda qastrit dərman preparatlarının qəbul edilməsindən sonra (asetilsalisil turşusu, sitostatik preparatları, qlükokortikosteroidlər və s.) və yaxud orqanizmə qida allergenləri daxil olduqdan sonra əmələ gəlir.
Qida allergenləri mədənin selikli qişasına təsir edərək yerli allergik reaksiya baş verir, mədənin selikli qişasında hiperemiya və ödem əmələ gətirir. Bu faktor mədənin sekresiyasının artmasına səbəb olur. Bəzi hallarda qastrit ilə bərabər övrə, allergik rinit, ekzema, bronxial astma, Kvinke ödemi özünü büruzə verir.
Qastritin toksiko-infeksion forması qastroenterit və qastro- enterokolit şəklində gedir. Buna salmonellalar, bağırsaq çöpləri və stafılokokklar səbəb olur. Gizli dövr bir neçə saatdan bir neçə sutkaya qədər davam edir, güclü və təkrari qusma, əzginlik, ürəkbulanma, başağrı, üşütmə, qızdırma və qarın nahiyəsində yayılmış ağrılar, ishal müşahidə edilir
Bəzi hallarda sağalma 7-10 günə qədər uzanır, vaxtında və düzgün müalicə aparılmadıqda ölüm baş verə bilər.
Müalicəsi mütləq həkim təyinatı ilə olmalıdır.
Evdə özünü müalicə ilə məşğul olmaq ağırlaşmalara səbəb olur.
Profilaktika müalicədən üstündür! İlk növbədə, qidalanma qaydasına riayət etməkdən, qastrit əlamətləri törədən dərmanları dərhal kəsməkdən, hər bir somatik və infeksion xəstəliyi vaxtında və düzgün müalicə etməkdən ibarətdir.
Gastricumeel
- Mədədə turşu ifrazını requlə edir
- Mədə selikli qişasının davamlılığını artırır
- Mədə selikli qişasının iltihabını aradan qaldırır
- Potensial toksinləri xelatlaşdıraraq mədə-bağırsaq traktının
funksiyasını dəstəkləyir
GÖSTƏRİŞLƏR:
• Kəskin və xroniki qastrit (hiper, hipoacid qastrit)
- MBT-nin funksional pozulmaları:
• mədə qıcqırması
• ürəkbulanma, qusma
• köp
• disfagiya
Nux vomica Homaccord
Qaraciyər və mədə - bağırsaq traktının dezintoksikasiya funksiyasını yaxşılaşdırır, spazmolitik, iltihabəleyhinə, ödqovucu, köpəleyhinə təsir edir.
Mədə - bağırsaq traktının motorikasını yaxşılaşdırır.
GÖSTƏRİŞLƏR:
• Mədə-bağırsaq traktının üzvi və funksional pozulmaları:
Qastroezofaqal reflüks, qastrit, qastroenterit, duodenit, kolit, hepatit, xolesistit; dispepsiya (qusma, qaytarma, meteorizm, bağırsaq spazmı), spastik qəbizlik, hemorroy
• Alkoqol, qəhvə, nikotin, dərman preparatlarının qəbulu ilə bağlı həzmin pozulması və qaraciyərin yüklənməsi
Nux Vomica-HA allopatik preparatların qaraciyər və həzm traktına пöstərdikləri əlavə təsirləri zəiflədir, yaxud tam aradan qaldırır.
Aygün Musayeva