Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yay aylarında bu məhsuldan istifadə etməyin! – Dəri ləkələrinə səbəb olur

  • 2024.06.21 12:42
  • 1309 Baxış
Yay aylarında bu məhsuldan istifadə etməyin! –  Dəri ləkələrinə səbəb olur
Koronavirus pandemiyası zamanı spirt tapılmayan günlərdə bir çox insanın dezinfeksiya üçün istifadə etdiyi kolonya yenidən gündəmə gəlib.

Medicina.az xəbər verir ki, bəzi insanlar yay aylarından infeksiyalardan qorunmaq üçün kolonyadan istifadə edir. Qoxusu və təravətləndirici təsirinə görə də bu məhsula üstünlük verilir. Həmçinin bəzi restoranlar da müştəriləri qapıda kolonya ilə qarşılayırlar.

Lakin bu məhsulun düzgün istifadə edilməməsi ağciyərlərə və beyinə ziyan vura bilər. Onun tərkibindəki kimyəvi maddələrin sağlamlığa mənfi təsir göstərə biləcəyi qeyd edilir. Kimyəvi maddələrdən təmizlənmədən metil spirti ilə hazırlanan kolonya beyin, ağciyər və dəridə ciddi problemlər yarada bilər.

Xüsusilə də yay aylarında kolonyadan istifadə etmək tövsiyə edilmir. Dermatoloqların fikrincə, kolonya dərini qurudur, tərləmənin qarşısını alır və xüsusilə həssas dəriyə ciddi zərər verə bilər. Çünki daha da həssaslaşan dəri günəşə məruz qaldıqda yanıb qabıqlana bilir. Bu isə dəridə qalıcı ləkələrə səbəb ola bilər. Üstəlik, kolonya dərinin bakteriyalara qarşı mübarizə mexanizmini bloklayır.

Bildirilir ki, keyfiyyətli kolonyada “etanol” adlanan etil spirti istifadə olunur. Odur ki, kolonyadan vazkeçmək istəməyənlər mütləq daha keyfiyyətli olan versiyalarını seçməlidirlər.

Ancaq keyfiyyətli olsa belə, ekzema və sedef kimi dəri xəstəliklərdən əziyyət çəkənlər kolonyadan imtina etməlidirlər.


Aysel