Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yay aylarında bu infeksiyalara diqqət! - Dəniz və ya hovuzdan koronavirusa yoluxmaq olarmı?

  • 2021.06.03 10:44
  • 1598 Baxış
Yay aylarında bu infeksiyalara diqqət! -  Dəniz və ya hovuzdan koronavirusa yoluxmaq olarmı?
Yay aylarının gəlməsi ilə artıq tətil planlanları qurulmağa başladı. Mütəxəssislər koronovirusun dənizdən və ya hovuzlardan keçməyəcəyini bildirirlər. Amma bəzi infeksiyalar hovuzdan keçə bilər.

Medicina.az xəbər verir ki, türkiyəli həkim Nail Özgüneş həmin infeksiyalar barədə danışıb:

Göz infeksiyaları

“Hovuzlar isti və nəmin təsirindən bəzi infeksiyaların yayılmasını asanlaşdırır. Hovuz suyunun dezinfeksiyasında istifadə edilən bəzi xlor tərkibli maddələr qıcıqlanmaya, gözün immunitet sisteminin zəifləməsinə səbəb olur. Əlamətləri qızarıqlıq, bulanıq görmə, qaşıntı, yanma və batma kimi hallardır. Gözlərində infeksiyası olan insanlar digər hovuz istifadəçilərinin sağlamlığını düşünərək, sağalana qədər hovuzdan istifadə etməməlidirlər. Linzadan istifadə edənlər hovuza linza ilə girməməlidirlər. Hovuza girərkən hovuz eynəyindən istifadə edin”.

Həzm sistemi infeksiyaları

“Hovuzlardan keçən infeksiyaların başında, həzm sistemi infeksiyaları durur. Bu özünü bulantı və ya ishal ilə göstərir. Rotavirus, Hepatit A, Salmonella, Shigella, E. Coli (Turist ishalı) olmaqla bir çox virus və bakteriyalar su dövranı və xlorlamanın yetərsiz olduğu hovuzlarda canlılığını uzun müddət qoruduğu üçün bu mikrobları olan hovuz suyu udulduğu zaman yaranır”.

Genital bölgə və idrar yolu infeksiyaları

“Bu infeksiyalar idrara çıxarkən yanma, tez-tez idrara çıxma, bel və qasıq ağrısı, genital bölgədə ağrı, qaşıntı və axıntı kimi əlamətlərlə özünü göstərir. Genital siğillər (HPV) hovuzlardan da keçə bilər”.

Dəri infeksiyaları və göbələklər

“Bəzi dəri infeksiyaları və göbələklər hovuzdan keçə bilər. Çox miqdarda xlor istifadə edilən hovuz suları insanlarda dəridə qıcıqlanmaya səbəb olar. Qaşınma kimi dəri xəstəlikləri də gigiyenik olmayan mühitdən və ya təmiz olmayan dəsmallardan keçə bilər”.

Xarici qulaq infeksiyaları

“Xarici qulaq infeksiyaları sulu ortamı sevən bakteriyalar, bəzən isə göbələklərin səbəb olduğu bir haldır. Şiddətli qulaq ağrısı, qulaqda axıntı və eşitmə azlığı, qaşıntı, irəli zamanlarda qulaqda şişmə və qızarıqlığa səbəb olur. Uzun müddət suda qalma ya da qulağa su qaçması nəticəsində risk artar”.

Bəs bu infeksiyalardan qorunmaq üçün nə etməliyik?

“Xlorlamanın və su dövranının yetərli olmadığını düşündüyünüz hovuzlara girməyin. Hovuzda su udmamağa diqqət edin. Özəlliklə saqqız çeynəyərkən su uda biləcəyiniz üçün üzərkən saqqız çeynəməyin. Sulu çimərlik geyimi ilə uzun müddət oturmayın. Dərhal qurulanın. Hovuzdan sonra dərhal duşa girin, üzərinizdəki mikrob və artıq xlordan qurtulun”.