Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yata bilməyənlər üçün - Yuxu gətirən 5 vasitə

  • 2019.02.15 17:06
  • 24294 Baxış
Yata bilməyənlər üçün - Yuxu gətirən 5 vasitə

Bu təbii vasitələrin köməyi ilə daha rahat yatacaqsınız. 


Medicina.az sizə yatmaq üçün kömək edə biləcək bitkiləri təqdim edir: 

 

Melissa

 

Tərkibində sitral və qeraniol maddələri var. Sakitləçdirici spazmolitik və ağrıkəsici təsirə malikdir. 1 x/q bitkini 1 stəkan qaynar suda dəmləyərək için. 


Çobanyastığı 


Tərkibində flavonoidlər, efir yağları var. Sinir sistemini sakitləşdirir. 


Qara gavalı 


Yatmazdan əvvəl 10-15 ədəd qara gavalı yemək yuxuya müsbət təsir edir. 


Balqabaq


Yatmaqdan əvvəl balla qarışdırılmış balqabaq şirəsi içmək yuxu gətirici effektə malikdir. 


Nanə


2 x/q nanə yarpağını 2 stəkan suda 20 dəqiqə qaynadın. Yatmazdan əvvəl işin. 


Şüyüd


2 ç/q şüyüdü 1 stəkan qaynar suda dəmləyin və səhər axşam isti şəkildə qəbul edin. Yatmazdan əvvəl 50-60 ml qəbul edin. 

 

Arzu Medicina.az