Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaxşı həkimi necə seçməli? - Bunlara diqqət!

  • 2024.04.19 17:27
  • 1070 Baxış
Yaxşı həkimi necə seçməli?  - Bunlara diqqət!

İndiki dövrdə yaxşı, güvənilən həkim tapmaq çətindir. İnternetdən həkim seçmək olarmı?


“Medicina” xəbər verir ki, kardioloq Natalya Qavrilova hansı həkimlərdən ehtiyat etməli olduğunuzu açıqlayıb.



“Hər şeyi, bir neçə xəstəliyi müalicə etdiyini, gah nevroloq, gah endokrinoloq, gah kardioloq kimi özünü sınayan həkimlərdən ehtiyat etməlisiz.


Həkim seçimi zamanı onun məşhurluğu, internetdə aktivliyinə baxmamalısız.

Həkimin ixtisası dəqiq göstərilməlidir və anketi əlçatan olmalıdır.
Həkimin publik şəxs olması, üzdə olması və televiziyada çıxışları onun mütəxəssis kimi seçilməsi üçün əsas faktor deyil.


Alimlik dərəcələrini sadalamaq və elmi işlər də onun müalicədə peşəkarlığını göstərmir.

Həkimin daha yaşlı olması da seçim deyil. Onların təcrübəsi müasir zamanla uzlaşmaya bilər, üstəlik 5 ilin həkimləri daha cəfakeş və diqqətli olub, pasiyenti dinləməyə hazırdır.


Müayinədən öncə onun xəstəyə nə qədər vaxt sərf etməsi, xəstəliyi, müalicəni geniş izah edib etməməsi, müalicə dövründə xəstə üçün nə qədər əlçatan olduğunu dəqiqləşdirin.

Xəstənin kabinetdən çıxarkən heç bir sualı qalmamalıdır, dərmanların qəbulu, təsiri, müddəti hər şey izah edilməlidir.


Əgər qəbul cəmi 10 dəqiqə çəkdisə və çoxlu suallar qaldısa, ikinci mütəxəssis seçin.

Çox zaman internetdə həkimlərin təqdimatı və özü barəsində məlumatlar şişirdilmiş olur, buna “sarafan radiosu” deyilir. Çox pasiyentlər həkimi internetdə axtarır, bu isə sonradan başqa həkimlərə üz tutmağa səbəb olur”.


Aygün Musayeva