Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaxınlaşan insultun aylar öncə 7 əlaməti - Nevroloqdan

  • 2022.09.02 17:26
  • 3968 Baxış
Yaxınlaşan insultun aylar öncə 7 əlaməti    -  Nevroloqdan


Beyin insultu qəfildən baş versə də, aylar öncə əlamətlərini sezmək olur. Hazırda 30 yaşdan yuxarı insanlarda da rast gəlinən bu bəlanın profilaktikası üçün nə lazımdır?


"Medicina" xəbər verir ki, nevroloq Viktor Şaxnoviç yaxınlaşmaqda olan insultun 7 əlamətini açıqlayıb.

"İnsult özü beyində, ümumilikdə orqanizmin işində pozulmadır. Nəticədə qəfildən beyin qan dövranı düşür, beyin oksigensiz qalır.

Öncədən bəzi analiz və əlamətlər onu öncədən görməyə imkan verir.


1. Baş beyin damarlarında mikroemboliyaların yaranması - MRT, KT müayinədə görünür. Bu, damarlarda çox kiçik qan pıtraxlarının əmələ gəlməsidir.


2. Antifosfolipid sindrom - orqanizmdə fosfolipidlərə qarşı antitelin çoxalmasıdır.Onkoloji xəstələrdə, qripdən, koviddən sonra əmələ gəlir.

3. Hipertonik- yüksək təzyiq xəstəliyi

4. Baş beynin özünün travmaları

5. Nitqdə, yaddaşda pozulma - huşun dumanlanması, bəzi sözlərin başa düşülməməsi

6. Əl-ayaqlarda uyuşma, dildə, ağız kənarında uyuşma

7. Qulaqda küy, səs, mütəmadi baş ağrıları

Əgər bunlar varsa, təcili yoxlanın.


Aygün Musayeva