Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Yaxın vaxtlarda pandemiyanın bitməsini gözləyə bilərik" - TƏBİB

  • 2021.05.23 22:14
  • 2068 Baxış
"Yaxın vaxtlarda pandemiyanın bitməsini gözləyə bilərik" -  TƏBİB
Pandemiyanın bitməsi üçün əhalinin bir hissəsinin immunitet qazanması önəmlidir. Bunu istər əcnəbi, istərsə də yerli həkimlər deyib. TƏBİB rəsmisinin fikrincə, insanların yarıdan çoxu COVİD-19-a qarşı immunitet qazansa, pandemiya təhlükəsi yekunlaşar.

Medicina.az xəbər verir ki, "Real TV"yə açıqlamasında TƏBİB-in Elmi Komitəsinin sədri, professor Akif Qurbanov bir sıra məqamlara aydınlıq gətirib. A.Qurbanov bildirib ki, hazırda bütün vaksinasiya olunanların sayı 1.7 milyondan çoxdur:



"Bu, təqribən 20-25 faiz əhali deməkdir. Hesab etsək ki, bir o qədər insan da xəstəliyi keçirib sağalaraq immunitet qazanıb. Onda hesab etmək olar ki, əhalinin yarısı və ya yarısından çoxu bir hissəsi artıq immunitet qazanıb. Əgər rəsmi rəqəmlərə baxsaq, xəstəliyi keçirənlərin sayının bir qədər az olmasını görərik.

Amma onu da qəbul etmək lazımdır ki, xəstəliyi keçirib sağalanların sayı rəsmi statistikadan yüksəkdir. Çünki rəsmi statistikaya düşməyən xəstələnib sağalanlar da var. Bu yəqin ki, böyük bir rəqəmdir. Əhali qrupumuzdan immunitet qazanmışların sayı biz dediyimiz rəqəm qədər olacaq və ona yaxınlaşacaq. Buna görə də yaxın vaxtlarda pandemiyanın bitməsini gözləyə bilərik".