Yaxın illərdə havanın temperaturu 0,2-dən 1,5 dərəcəyə yüksələcək. Yağışlara gəlincə, son illər nə baş verdiyini görürsünüz. Ya uzun müddət davam edən quraqlıq olur, ya da bir gündə mövsüm ərzində düşməli olan qədər yağış yağır, daşqınlar baş verir.
"Medicina" xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.
“Bütün bunlar çox vaxt pisləşən atmosferin, siklonların və antisiklonların sirkulyasiyasına təsir göstərir. Nəticələr fərqlidir. 1,5 dərəcəyə bir ssenari, iki və ya üç dərəcədən çox olarsa, başqa ssenari. Bütün bunlar yaxın gələcəkdə baş verə biləcək emissiyalarla bağlıdır. Gələcəyin mənzərəsi emissiyaların səviyyəsindən asılıdır. Buna görə də məqsəd bu emissiyaları azaltmaqdır”.
Nazir müavini deyib ki, yeni iqlimə, yeni şəraitə uyğunlaşmalıyıq:
“Bununla bağlı AMEA və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər təşkilatlar tərəfindən tədqiqatlar həyata keçirilib. Biz ölkədə İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupunun tövsiyə etdiyi gələcək iqlim ssenarilərini həyata keçirmişik. Azərbaycanda, bəlkə də, havanın temperaturu daha intensiv yüksələcək. Dövlət proqramında iqlim dəyişikliyi, yaşıl inkişaf məsələləri öz əksini tapıb. Sektoral inkişaf proqramları var.
Hər halda, temperaturun yüksəlməsi qaçılmazdır. Yaxın illərdə havanın temperaturu 0,2-dən 1,5 dərəcəyə yüksələcək. Yağışlara gəlincə, son illər nə baş verdiyini görürsünüz. Ya uzun müddət davam edən quraqlıq olur, ya da bir gündə mövsüm ərzində düşməli olan qədər yağış yağır, daşqınlar baş verir.
İqlim sistemi çox dəyişib. Buna görə də indi qlobal, əhəmiyyətli tədbirlərin görülməsi vaxtıdır və buna görə də bu, hamı, eyni zamanda, Azərbaycan üçün də aktualdır. İqlim dəyişikliyindən əziyyət çəkirik, ona görə də beynəlxalq ictimaiyyətlə həmrəyik"
Aygün Musayeva