Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaxın illərdə biopsiya olmayacaq – Xərçəng müayinəsində yeni qan analizi

  • 2019.04.25 18:11
  • 9904 Baxış
Yaxın illərdə biopsiya olmayacaq –  Xərçəng müayinəsində yeni qan analizi
ABŞ alimləri xərçəngin bir çox növlərinin erkən diaqnostikası üçün yeni qan analizi metodu üzərində işləyir və metod artıq siçanlar üzərində sınaqdan keçirilir.


Medicina.az xəbər verir ki, bu analizin effektivliyi son zamanlar onkoloji diaqnostikada qızıl standart olan şiş toxumalarından biopsiyadan 3 dəfə artıqdır.


Miçiqan universitetinin alimləri bildirir ki, biopsiya kimi ağır prosedura gözəl alternativ olan analizdə qan dövranıına atılan şiş hüceyrələri hesablanacaq. Onları təhlil etdikdə şişin növü, dərəcəsi və s. məlumatlar əldə ediləcək. 


Diaqnostikanın həssaslığı çox yüksəkdir və səhv etmə riski yoxdur. Sadəcə pasiyent xüsusi cihazı bir müddət damarında gəzdirəcək, bu zaman ora bütün qan dövranından müəyyən zaman ərzində yığılacaq.