Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaxın aylarda simptomsuz xəstələr evdə müalicə olunacaq

  • 2020.06.09 19:52
  • 1969 Baxış
Yaxın aylarda simptomsuz xəstələr evdə müalicə olunacaq


Asimptomatik xəstələr evdə müalicə oluna bilər


"Ola bilsin ki, yoluxma sayının bəlli bir həddi aşmasından sonra simptomları olmayan, amma koronavirus diaqnozu şəxslərin evlərdə müalicəsinə başlanılsın".

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib:

"Asimptomatik xəstələrin müalicəsi üçün e-təbib aplikasiyası yaradılıb. Həmin xəstələrin ehtimal olunan evdən çıxması halı bizi narahat edir. Bu şəxslər inzibati və cinayət məsuliyyəti daşıyacaqlar.

Bu yaxınlarda Tədris Terapevtik və Ağciyər xəstəlikləri İnstitutunda koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan həkim və ailəsi də virusa yoluxmuşdu".