COVID-19 pandemiyası və ərzaq böhranı üzrə çağırışlar növbəti 2024-2027-ci illər üzrə büdcə siyasətinin formalaşdırılmasına təsir edən bir sıra çağırışlar sırasında olmayacaq.
"Medicina" apa-ya istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.
Sənəddə qeyd edilib ki, 2022-2025-ci və 2023-2026-cı illər üzrə hazırlanmış büdcə çərçivəsi sənədlərində büdcə siyasətinin formalaşdırılmasına təsir edən bir sıra çağırışlar əks olunub.
COVID-19 pandemiyası və ərzaq böhranı istisna olmaqla, sözügedən çağırışlar növbəti 2024-2027-ci illəri əhatə edən ortamüddətli dövrdə də öz aktuallığını qoruyacaq.
Aygün M