Yaxın günlərdə müşahidə olunacaq hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bakupoat.az -a verilən məlumata görə, hazırda ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunur.
Havanın temperaturu iqlim normasından 2.0° yüksəkdir. Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında, bölgələrdə hava şəraitinin sabit olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin 17-də gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 15-20° isti, bəzi rayonlarda 20-25° isti, dağlarda isə 8-13° isti olacaq. Mülayim cənub küləyi aprelin 18-19-da ayrı-ayrı yerlərdə arabir güclənəcək.