Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Yaxın 2 ay ən ağır aylar ola bilər” – Genetik alim

  • 2020.11.30 17:45
  • 2200 Baxış
“Yaxın 2 ay ən ağır aylar ola bilər”  – Genetik alim

Koronavirusun Yer üzünü cənginə almasından bir il ötdü. Bu bir ildə virus necə dəyişdi, gələcəkdə nələr olacaq?

Medicina.az xəbər verir ki, genetik mərkəzinin rəhbəri, alim Artur İsayev insanlığı gələcəkdə koronavirusla bağlı nələrin gözləyəcəyi barədə açıqlama verib.


“Koronavirus bir çox orqanizmlərdə mutasiyaya uğrayır, insanda da, heyvanda da.
Yaxşı xəbər odir ki, hələlik bu mutasiyalar virusun əsas komponenti olan zülalı dəyişməyib.

Elmi nəticələrə görə, yeni güclü ştamm yaranmayıb. İnsan immunitetinin aciz qaldığı koronavirus yoxdur. Bizim immunitetimiz bir neçə variant koronavirusu çox yaxşı tanıyıb neytrallaşdıra bilir.

Bunu insanların təkrar yoluxması da göstərir. Statistika az olsa da, məsələn gələn il bu təkrari xəstələr artacaq.
İnsan birinci dəfə bir variant koronavirusla, ikinci dəfə daha başqa bir yeni variantla təmas edib yoluxa bilər.

Yoluxmuş insanda antitel və immun yaddaşın nə qədər qalacağı barədə isə dəqiq fikir yoxdur, çünki bu məsələ öyrənilir”.

Alim bildirib ki, təhlükəli vəziyyət su sincabları ilə bağlıdır.

Əgər onlardan insana virus keçsə bu yeni pandemiya olacaq. Çünki artıq bu heyvanlarda koronavirusun yeni mutasiyası yaranıb.

Dünyada rəsmi olaraq 61 milyon yoluxmuş qeydə alınıb, amma əslində isə real rəqəmlər 3-5 dəfə çoxdur. Hesab edirəm ki, təxmini 200 milyon ümumi yoluxma var.


İnsandan heyvana virusun ötürülməsi var. itlərə, pişiyə və s. Avropada fermalarda su sincablarına (norkalara) ötürülmə isə yeni faktlar açdı. O virus heyvanlar arasında sürətlə yayıldı və mutasiyaya uğradı”.