Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yavaş maddələr mübadiləsinin 3 səbəbi – Necə sürətləndirməli?

  • 2023.10.18 14:26
  • 1760 Baxış
Yavaş maddələr mübadiləsinin 3 səbəbi  – Necə sürətləndirməli?

İnsanın çəkisi, həyat fəaliyyəti və ömrü onun metobolizmindən çox asılıdır. Maddalər mübadiləsi alınan kalorilərlə sərf olunan kalorilərin düzgün işləməsidir.

Orqanizm sutkada 1200 kkalori yandırır. Kkalori həm də enerji deməkdir. Biz bu kalorini yerinə almalı və həddi aşmamalıyıq.


“Medicina” maddələr mübadiləsini zəiflədən səbəbləri təqdim edir.


- Yuxu keyfiyyəti. Gecə yuxusu 7-8 saat olmayan insanlarda metobolizm pozulur. Çünki yuxu hormonu melatonin metobolizmi də tənzimləyir. Insan nə qədər dərin və şirin yatsa, o qədər maddələr mübadiləsi işləyir və piyləri yandırır. Ona görə gecə azx yeməli, gün ərzində normal sağlam qidalanmaq lazımdır.

- Ac qalmaq, uzun dietalar – insan nə qədər çox ac qalsa, o qədər metobolizm azalır, orqanizm stresə düşür və sanki dünyanın aclıqda olduğunu düşünüb mümkün qədər çox yağ hasil edib, onu dəri altına depolayır. Dietanız nə qədər ağır olsa, o qədər artıq piy yığacaqsız.

- Stress nə qədər çoxdursa, metobolizm o qədər yavaşıyır

- Stress, həyəcan, depressiya həm hormonal balansı pozur, həm də qanda normadan çox yığılan kortizol hormonu metobolizmi yavaşıdır. Orqanizm kaloriləri yığıb saxlayır

Maddələr mübadiləsini necə sürətləndirməli?

Ən sadə üsul idman və fiziki aktivlikdir. əzələ toxuması piy toxumasından daha güclüdür. Bədəndə nə qədər çox əzələ olsa, əzələlər işləsə, o qədər çox kalori yandırılacaq.

Eləcə də normal gecə yuxusu metobolizmin dostudur. Yatmayanlar yatanlara nisbətən daha tez kökəlir.

Aygün Musayeva