Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yatmazdan əvvəl və oyanan kimi xəbərlərə baxmaq beyini məhv edir - Psixoloqdan QADAĞA

  • 2022.04.29 14:30
  • 2411 Baxış
Yatmazdan əvvəl və oyanan kimi xəbərlərə baxmaq beyini məhv edir  - Psixoloqdan QADAĞA


Psixoloji baxımdan gecə yatmazdan əvvəl internetə, xəbərlərə, neqativ informasiyaya baxmaq əks göstərişdir.

Bakupost.az xəbər verir ki, bunu Rusiyanın tanınmış nevroz üzrə mütəxəssisi Andrey Kurpatov bildirib.

"Yatmazdan əvvəl xəbərləri oxumaq, eləcə də səhər oyanan kimi telefonda xəbərlərə baxmaq insan psixikası, beyni üçün zərərlidir. Bu vərdiş insanı gün ərzində təlaşlı edir.

Dünyada, ölkədə baş verənlərlə bağlı xəbərləri oxuyub guya hər şeydən xəbərdar olmaq insan psixikasını yükləyir, insan özünü təhlükədə köməksiz hiss edir.

Gecə yuxuya gedən an sanki beyinin qapısı real aləmə bağlanır. Bu qapı bağlanan vaxt beyinə hansı informasiyanın hopdurulmasından çox şey asılıdır. Dəhşətli xəbərlərə baxıb yuxuya gedəndə beyin yuxuda da kabus məqamlarını canlandırır.

Beyin bu informasiyadan tam xilas ola bilmir. İnsan səhər daxili gərginliklə oyanır. Beyin hələ də dünən aldığı xəbəri həzm edə bilməyib.
İnsan öz həyatında heç bir şeyin yaxşı olmadığını düşünür. Bu zaman beyin əzələlərə gərginlik siqnalı göndərir, panik təşviş elementləri oyanır, sanki insanı müharibəyə hazırlaşdırır.

Belə olan halda insan daim gərgin, fikirli, təşvişli, depressiyada olur.

Mən son hadisələrdən irəli gələrək, psixi sağlamlığı qorumaq, öz həyatınla normal məşğul olmaq üçün hər kəsə xəbərləri baxmağı qadağan edirəm.

Hazırda dünyada informasiya müharibəsi gedir. Bu real müharibədən daha pisdir. Siz ayrı ölkədə, ayrı durumda yaşayırsız, ailəniz, işiniz var. Bədəniniz real olaraq təhlükədə deyil.

Başqa ölkədə, dünyanın hansısa nöqtəsində baş verən ölüm-itim xəbərləri sizdə ancaq təşviş, qorxu dərəcəsini artırır. Sabaha inamsızlıq, həyata güvənsizlik - bəlkə də sənin həyatında o gördüyün xəbərlərdəki hadisələrin heç biri olmayacaq, amma sən indidən onun gərginliyini yaşayırsan.


Hazırkı durumda nəinki evdə, hətta iş yerində kollektivdə xəbərlərin müzakirəsini qadağan etmək lazımdır".


Aygün Musayeva