Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yatmazdan əvvəl süd içməyin FAYDALARI

  • 2025.02.25 22:04
  • 98 Baxış
Yatmazdan əvvəl süd içməyin  FAYDALARI

Günün yorğunluğunu atmaq və dinc yatmaq üçün müxtəlif üsullara əl atırıq. Bunlardan biri də yatmazdan əvvəl süd içməkdir.

Medicina.az xəbər verir ki, əsrlər boyu bir çox mədəniyyətdə sakitləşdirici və qidalandırıcı bir içki olaraq içilən süd, yuxu keyfiyyətini yaxşılaşdırmaqdan immunitet sistemini gücləndirməyə qədər bir çox faydalar təqdim edir.

Tərkibindəki qida maddələri sayəsində gecə boyu həm bədəni rahatladır, həm də hüceyrələri yeniləyir.



- Süddə triptofan və melatonin var. Triptofan və melatonin yuxu keyfiyyətini yaxşılaşdırır.

- Süd zülal və kalsiumla zəngindir. Xüsusilə idman edənlər üçün faydalıdır.

- Tərkibindəki vitaminlər (A, B12, D) və minerallar sayəsində immunitet sisteminin gücləndirir.

- Süd mədə turşusunu balanslaşdıraraq reflü və ürək yanmasını azalda bilər. İsti süd xüsusilə sakitləşdirici təsir göstərir.

- Süd gecə aclıq hissini boğaraq gecə qəlyanaltılarının qarşısını ala bilər. Xüsusilə çəkiyə nəzarət edənlər üçün faydalıdır.

Aygün
Medicina.az