Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yatmazdan əvvəl şirniyyat yeməyin - Endokrinoloq

  • 2022.10.11 14:26
  • 1640 Baxış
Yatmazdan əvvəl şirniyyat yeməyin  - Endokrinoloq


Daha çox uşaqlar və qadınlar yuxudan əvvəl axşam un məmumatı və şirniyyat yeyir.

"Medicina" xəbər verir ki, endokrinoloq Antonina Qureyeva axşam şirniyyat yeməyin fəsadından danışıb.
"Bu qidaları yuxudan əvvəl yedikdə qanda şəkərin miqdarı yüksəlir.


Əslində isə yuxuda şəkər düşməlidir. Əgər şirniyyat yesəniz, şəkər qalxacaq, böyrəküstü vəzilər məcbur olub aktiv işləməyə başlayacaq, bu da yuxudan təşvişlə oyanmağa, daha çox gecə 3-də qalxmağa və yuxunun pozulmasına səbəb olacaq.

Siz axşam yeməyini saat 8-də bitirib, yatana kimi heç nə yeməməlisiz. Bir də səhər yeməyinə qədər qidadan uzaq durmalısız.

Səhər isə yüksəkkeyfiyyətli yağ və zülalla zəngin qidalar yeyin.

Əgər siz yeməkdən sonra yuxululuq və şirniyyat yemək istəyi hiss edirsizsə, bu o deməkdir ki, həddən artıq çox karbohidrat yemisiz. Buna diqqət yetirsəz, axşam şirniyyat yemək istəyi olmayacaq".

Aygün Musayeva