Kral Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, müntəzəm fiziki fəaliyyət insanların daha az narahatlıq keçirməsinə kömək edir.
“Medicina” xəbər verir ki, müntəzəm məşq insan həyatında baş verən müxtəlif stresli hadisələrdə daha az narahatlıq keçirməsinə kömək edir.
Alimlər sübut edib ki, idman insanı işdəki çətinliklərdən tutmuş şəxsi həyatındakı problemlərə qədər demək olar ki, hər mövzuda qıcıqlara qarşı sakitləşdirir.
Təcrübə müəlliflərinin fikrincə, idman insanın özünü daha yaxşı hiss etməsinə və özünə hörmətini artırmasına kömək etməklə yanaşı, həm də potensial olaraq psixikaya qoruyucu təsir göstərir.
Diqqəti qorxulu və ya narahatedici hadisələri təhlil etməkdən yayındırıb, müsbət yönə çevirir. Xüsusən axşamlar yatmazdan əvvəl yüngül qaçış günün stresini atır və rahat yuxuya getməyə imkan verir.
Aynurə Məmmədova