Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yatmazdan əvvəl nəyə baxmaq olmaz?

  • 2023.03.31 18:58
  • 1505 Baxış
Yatmazdan əvvəl nəyə baxmaq olmaz?
Somnoloq yatmazdan əvvəl sevgi seriallarına, romantik filmlərə baxmağın faydalarından danışıb.

“Medicina” məlumatına görə, həkimlər və psixoloqlar uzun müddətdir ki, yatmazdan əvvəl xəbərlərə, döyüş filmlərinə və digər televiziya verilişlərinə baxmağın çox zərərli olduğu barədə xəbərdarlıq ediblər. Yalnız psixo-emosional vəziyyət pisləşmir, həm də istirahət keyfiyyəti pisləşir.

Həkimlər təkid edirdilər ki, yatmazdan bir saat yarım əvvəl bütün evdə televizorları söndürmək daha yaxşıdır.
Həkim - somnoloq Andrey Kuşnarev müsahibəsində bildirdi ki, siz gecə gec saatlarda televizora baxa bilərsiniz. Üstəlik, bəzən hətta faydalı ola bilər.

Məsələn, kadrda kəskin süjetlər, atışmalar və qorxulu epizodlar olmadan müstəsna dərəcədə sakit televiziya verilişlərinə baxmaq yuxu üçün önəmlidir.

Bu fəaliyyət (televiziya verilişlərinə baxmaq – red.) gündüz aktiv fəaliyyətdən yayındırmaq üçün ən yaxşı seçimdir. Orqanizmi daha sakit rejimə keçirməyə kömək edir. Bundan daha yaxşısı yalnız kitab oxumaqdır.

Adətən axşam TV şoularına baxmaq sinir sisteminin dəyişməsinə kömək edir. O, süjetin əhəmiyyətsiz olduğuna aydınlıq gətirib. Amma döyüş filmlərinə, faciəyə, xəbərlərə baxmağa dəyməz. Onlardan sonra mütləq yaxşı yatmayacaqsınız.