Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yatmazdan əvvəl kompüter və telefon çox təhlükəlidir

  • 2025.03.28 20:38
  • 423 Baxış
Yatmazdan əvvəl kompüter və telefon    çox təhlükəlidir

Yatmazdan əvvəl kompüter arxasında oturmaq orqanizm üçün təhlükəldir. İnsanların niyə yatmazdan əvvəl kompüterdən, hətta elektron kitablardan istifadə etməməsinin elmi izahı tapılıb.


“Medicina” xəbər verir ki, Harvard Universitetinin alimləri belə nəticəyə gəliblər ki, axşam saatlarında kompüter və planşetlərdən istifadə yuxu və oyanıqlıq mexanizmlərini işə salmaqdan məsul olan melatonin hormonunun istehsalını zəiflədir.

Nəticədə bədənin gündəlik ritmləri pozulur və yuxu pozğunluqları yaranır.

Alimlər 22-28 yaş arası kişi və qadınların bir qrupunu müşahidə ediblər. Könüllülər yatmazdan əvvəl kompüter qarşısında, bir neçəsi axşam isə kitab, qəzet və ya jurnal oxumaqla vaxt keçirirdilər.

"İşıq yayan qadcetlərdən istifadə iştirakçıların həmişəkindən yarım saat gec yuxuya getməsinə səbəb olub, səhər isə onlar yuxululuqdan və konsentrasiyanın itirilməsindən şikayətləniblər. Axşamlar isə əksinə, özlərini həddən artıq ayıq hiss ediblər”.

Əvvəlki araşdırmalar göstərib ki, gec yatmaq orqanizmin hormonal istehsalına spesifik təsir göstərir, nevrozların və depressiyaların inkişafına kömək edir.

Alimlərin fikrincə, gec yatmaq vərdişi psixi pozğunluqların möhkəmlənməsinə səbəb olur, çünki bu, özünə nəzarət funksiyalarını zəiflədir.


Aygün M