Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yatmadan əvvəl bal yeməyin faydaları

  • 2019.02.16 22:55
  • 12774 Baxış
Yatmadan əvvəl bal yeməyin faydaları


Balın faydalı bir qida olduğu məlumdur. Bəs yatmadan əvvəl bal yeməyin nə kimi faydaları var?  


Medicina.az bu faydaları sizə açıqlayır: 


1) Gecə yaxşı yatmağınıza kömək olacaq 


Bəzən gecə yarısı oyanırıq. Bunun səbəbi yuxu zamanı beynimizin glikogen adlanan bir maddəyə olan ehtiyacı və böyrəküstü vəzidə sintez olunan adrenalin və kortizol ifrazına səbəb olmasıdır. Balın tərkibində qlikogen var, bu səbəbdən də onu yatmazdan əvvəl qəbul etmək adrenalin sintezini azaldır və rahat yatmağa səbəb olur.  


2) Təzyiqin düşməsinə səbəb olur


Yüksək təzyiq, ürək xəstəliklərini artıran əhəmiyyətli bi faktor olduğuna görə onun normada qalması çox vacibdir. Balın tərkibində  təzyiqi azaldan antioksidantlar olduğundan yatmazdan əvvəl yeyilən bir qaşıq bal təzyiqi normaya salacaq. 


3) Triqliseridlərin miqdarını azaldır


Triqliseridler qanın tərkibində olan yağdır. Bu yağların yüksək səviyyədə olması ürək xəstəlikləri və diabetə səbəb olur. Bal qanı zərərli yağlardan təmizləməyə qadirdir.

 

4) İmmunitetinizi artırır 


Bal, immuniteti gücləndirməyə kömək edən antioksidantlar və antebakterial maddələrlə zəngindir. Bunun üçün hər gecə yatmazdan əvvəl bal qəbul edin.    


5) Öskürəyi və boğaz qıcıqlanmasının qarşısını alır  


Hər gecə ilıq suya bir xörək qaşığı bal əlavə edərək içsəniz boğaz ağrısı və öskürəkdən yaxa qurtara bilərsiniz.  


6) Psixoloji xəstəliklərdən qoruyur 


Balın tərkibində olan polifenola maddəsi stresin qarşısını alaraq depresiya ilə mübarizə aparır. Buna görə də hər gecə yatmazdan əvvəl qəbul edəcəyiniz bal sizin psixoloji sağlamlığınıza xidmət edəcək. 

 

Arzu

Medicina.az