Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yatdığımız zaman qıcolmaların səbəbi – Nəyi yoxlatmalı?

  • 2023.07.11 18:44
  • 2045 Baxış
 Yatdığımız zaman qıcolmaların  səbəbi  – Nəyi yoxlatmalı?
Yuxu zamanı qolun, ayağın və ya bütövlükdə bədənin uyuşması qan damarlarının sıxılmasından qaynaqlanır.
Bir çox insanlar uyuşmuş əllər ( çox vaxt bir əl) “fenomen” ilə qarşılaşırlar.


“Medicina” xəbər verir ki, həkim –nevroloq İqor Orlovun sözlərinə görə, çox zaman yuxuda olan adamın nəbzi və qan dövranını yavaşılayır. Nəticədə ürəyin qana çatması uzun müddət davam edir və bədənin hissələri zəif qan tədarükündən əziyyət çəkir. Bu xüsusilə əl-ayaq barmaqlarına aiddir.


“Səhər yataqdan qalxan insan demək olar ki, bütün bədənində və ya müxtəlif hissələrində uyuşma hiss edə bilər. Bu vəziyyəti aradan qaldırmaq üçün qan axını aktivləşdirmək, hərəkət etmək lazımdır.


Həmçinin müntəzəm uyuşma dirsək sinirinin zədələnməsinin əlaməti ola bilər. Bu sinir körpücük sümüyünün altından qolun içərisinə doğru keçir. Dirsəyinizi əyərək yatmaq vərdişi dirsək sinirinə təzyiq göstərə bilər və narahatlığa səbəb ola bilər.


Eləcə də uyuşma B12 vitamini çatışmazlığı ilə bağlı ola bilər. Bu zaman qollarda və ayaqlarda yüngül qıcolma və uyuşma, qəfil unutqanlıq, zehni fəaliyyətdə geriləmə, zəiflik və yorğunluq hissi ilə birləşir.


Bundan əlavə, artrit və ya kistlər kimi digər xəstəliklər səbəbiylə dirsəyin şişməsi dirsək sinirinin sıxılmasının səbəbi ola bilər. Buna görə də, gecə əllərin uyuşması baş verərsə, mütləq həkimə müraciət etmək lazımdır”.

Günay Quluzadə