Əslində, bu ənənə çoxdan var, amma insanlar yatağa bir qırıq sabun qoyulduğunu eşidəndə təəccüblənirlər.
İlk ağla gələn fikir odur ki, yəqin yatağa yaxşı ətir, təravət vermək və ya cücülərdən qorunmaq üçün.
Amma sabun tamam başqa səbəbdən mələfə altına qoyulur.
Müasir şəhər insanını gecə yuxuda narahat edən problemlərdən biri də ayaqlarda, barmaqlarda qıcolmalardır. Qıcolma o qədər güclü ola bilər ki, insan hərəkət belə edə bilmir.
Bu simptomdan yaşlı, cavan adamlar, hamilələr əziyyət çəkir.
Məhz bu qıcolmalara qarşı yatağa adi, ağ rəngdə əl-üz sabunu qoymaq lazımdır. Çox güman ki, sabun gecə ətri ilə yuxuda olan insanın ayaq və əl əzələlərini rahatladır, qıcolmasına qarşı aromaterapevtik təsir göstərir.
Çox sadə olan bu üsulu hər kəs sınaya bilər. Sabun bərk, klassik ətirli, yəni adi olmalıdır.
Ayağında qıcolmalar olanlar isə kaliy və maqnezium ehtiyayını artırmalı, banan, xurma, balıq yeməlidirlər.
Həmçinin yatanda yanlarına təmiz su qoyub, qıcolmalar zamanı içə bilər. Çünki orqanizmdə maye azlığı da qıcolmalara səbəb olur.