Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yataq və yastığınız çox yumşaqdırsa dəyişdirin! - SƏBƏB

  • 2021.05.26 14:26
  • 1284 Baxış
Yataq və yastığınız çox yumşaqdırsa dəyişdirin! -  SƏBƏB
Çox yumşaq yataq və yastıq boyun düzləşməsinə səbəb olur.

Medicina.az xəbər verir ki, həkimlərin məsləhətinə görə, boyun hərəkətlərində ağrı, əllərdə uyuşma, halsızlıq olarsa, boyun ağrınızın səbəbini araşdırmalısınız.

COVID-19 PANDEMİYASINDA DAHA DA ARTDI


Uzun müddət telefon və kompyuter istifadəsi də boyun ağrısı və boyun düzləşməsinə səbəb olur. Bu hal xüsusilə koronavirus pandemiyasında daha da artıb. Pandemiyada gündəlik idmanla məşğul olmayan, hərəkətiz yaşam tərzi sürdürənlərdə boyun düzləşməsi riski artıb. Başınızın bədəninizə görə öndə durduğunu və ya boyun qatınızın itdiyini düşünürsünüzsə, dərhal həkimə müraciət etməlisiniz.

Boyun düzləşməsinin ən təsirli müalicəsi erqonomik qaydalara uyğun mühitdə işləmək və müntəzəm olaraq idmanla məşğul olmaqdır. Xüsusən kompyuter və masa başındasınızsa, 30 dəqiqədə bir pozisiyanızı dəyişdirin. Boynunuzu davamlı önə əyilmiş və ya eyni pozisiyada sabit saxlamayın. Oturarkən kürəyinizi düz saxlayın və arxaya yayılın. Ağır əşyaları qaldırmayın, çəkməyin və ya itələməyin.

KRESLODA YATIB QALMAQ BOYUN AĞRISINA SƏBƏB OLUR

Çox yumşaq bir yataq və yastıq da boyun düzləşməsinə səbəb olur. Yataq bel xəttini düzəldərək onu dəstəkləməlidir. Yastıq isə həm yan, həm də kürəküstə yatdığınız zaman boyunu düz bir xəttə və ya baş yüksəkdə qalmayacaq şəkildə olmalı, baş və boyunu dəstəkləməlidir. Buna görə də çox yüksək və çox aşağı yastıqdan istifadə etməyin.