Dərinin qırışmasının ən böyük səbəblərindən biri də yuxu zamanı yol verilən xətalardır.
Mütəxəssislər bildirirlər ki, dərinin sağlam olması üçün ona yaxşı qulluq etmək kifayət etməyə bilər.
Yuxu pozasından tutmuş, yastıq seçiminə qədər bir çox amil dərinin erkən və ya gec yaşlanmasında birbaşa rol oynayır.
Məsələn, daim üzüstə yatmaq zamanla dəri qırışlarına səbəb ola bilər. Bu poza üzdə təzyiq və sürtünmə yaradır ki, bu da dərinin qırışmasına gətirib çıxarır.
Yan tərəfə çevrilərək yatmaq da üzünüzün bir hissəsini qırışdıra bilər.
Medicina.az xəbər verir ki, dermatoloqlar dərinin qırışmasının qarşısını almaq üçün yatarkən aşağıdakı məqamlara diqqət yetirməyi tövsiyə edirlər.
Arxası üstə yatmaq: Bu poza dərinin qırışmasına ən az təsir edən yuxu mövqeyidir. Bu vəziyyətdə üzünüz daim yastığa toxunmur və sürtünmür.
Yumşaq yastıqdan istifadə: Dərinizi qorumaq üçün nazik və yumşaq yastıq seçmək vacibdir. Sərt və ya qalın yastıqlar üzünüzdə sürtünmə və təzyiq yarada bilər.
Dorğu yastıq üzü seçimi: Yastıq örtüyünün dərinizə uyğun yumşaq və hamar bir materialdan olması vacibdir. İpək və ya saten üzlüklər ən yaxşı seçim ola bilər. Bundan əlavə, yastıq üzləri mütəmadi olaraq yuyulmalıdır.
Aysel