Soyuq havalarda elekrtik qızdırıcıları yandırıb, bu halda yaxınlıqda yuxuya getmək olmaz.
"Medicina" xəbər verir ki, belə qızdırıcı yanan otaqda yatmaq sağlamlığa zərərlidir, insanın özünü pis hiss etməsinə səbəb olur.
Bu barədə somnoloq Nataliya Doroxova bildirib.
"Bu qızdırıcıların təsirindən otaqda hava quruyur, bu da yuxu hormonu melatoninin sintezinə mane olur.
Havanın quru isti olması stress hormonu kortizolu qana sıçradır.
Nəticədə insan narahat vurnuxur, kabus görür, səhər özünü pis hiss edir.
Belə hava ağciyər və buruna da zərərlidir.
Eləcə də elektrikin təsirindən dəri quruyur, qıcıqlanır, qaşınır.
Burun, boğaz selikli qişaları zərər görür.
Ona görə yataq otağında belə qızdırıcılar yolverilməzdir".
Aygün Musayeva