Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yatanda da arıqlaya bilərsiniz - Məşhur professor bilinməyən arıqlama yollarından danışıb

  • 2018.06.08 10:16
  • 19080 Baxış
Yatanda da arıqlaya bilərsiniz -  Məşhur professor bilinməyən arıqlama yollarından danışıb
Yatanda da arıqlamaq mümkündür.


 

Medicina.az xəbər verir ki, bu barədə Türkiyəli professor və kardioloq Canan Karatay məlumat verib. Onun sözlərinə görə, ideal formada qalmaq üçün yemək saatları qaçırılmamalıdır:

 

"Yemək saatlarına diqqət edin. Bu, arıqlamaq istəyənlər üçün vacib məsələdir. Çünki yağ yandırıcı hormon kimi tanınan leptin yemək saatlarında aktivləşir. Dolayısı ilə qidalanma rejimini həmin saatlara əsasən müəyyən edin ki, kalorinin yandırılma prosesi sürətlənsin. Məlum olduğu kimi, insan bədəni yuxu zamanı da kalori yandırır. Odur ki, gecə vaxtı leptinin fəal olması ilə yuxuda da çəki ata bilərsiniz. Lakin leptinin gecə fəal olması üçün axşam saat səkkizdən sonra heç bir şey yeməyin”.

 


Mütəxəssis, D vitamininin arıqlamağa kömək etdiyini də qeyd edib.


"D vitamini çatışmazlığı varsa, piylərin yandırılma prosesi çətiləşir. Bunun üçün yaz aylarında tez-tez günəş vannası qəbul edin, qışda isə D vitamini ehtiyacını həblərlə ödəyin. D vitamini ehtiva edən yeməklər bunlardır: balıq, süd, kərə yağı, yulaf əzməsi, yumurta və s.”,-deyə Karatay vurğulayıb.