Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən qızıl tövsiyə

  • 2020.11.26 16:36
  • 6125 Baxış
Yatanda 5 yastıq istifadə edin -  Çinli həkimdən qızıl tövsiyə

Hər kəs yatanda bir yastıqdan istifadə edir, o da başı, boyunun vəziyyətini tənzimləyir.

Bədənin digər hissələri isə yuxuda hansı pozanı alırsa, səhərə kimi elə də yatırıq. Sonra isə sinirlər, ayaq, bel, çiyin ağrıyır.

Medicina.az xəbər verir ki, Moskvada çalışan çinli həkim fizioterapevt Mi Yuyçun 5 balış nəzəriyyəsi barədə xüsusi master klass keçib.
O, xüsusilə böyrü üstə qıvrılıb yatanlara əlavə yastıqlar lazım olduğunu göstərib.
Qədim Çində imperatorlar məhz 5 bambuk yastıqla yatardılar.

5 yastığı düzgün istifadə etdikdə, onurğa və sinirlər zədələnmir, insan körpə kimi rahat yatır, rahat oyanır, qan və limfa dövranı durğunlaşmır.

Həmin videonu təqdim edirik: