Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yastığı hər ay dəyişmək lazımdır?

  • 2023.06.19 12:38
  • 1099 Baxış
Yastığı hər ay dəyişmək lazımdır?
Çox "köhnə, yıpranmış" yastıq bir çox sağlamlıq problemlərinə səbəb ola bilər. Əgər yuxuya getməkdə çətinlik çəkirsinizsə, ləng oyanırsınızsa, yuxulu olursunuzsa, başınız ağır, boğaz və ya boyun ağrınız varsa, yəqin ki, yastığınızı dəyişməyin vaxtıdır


“Medicina” məlumatına görə, yuxu mütəxəssisləri hesab edirlər ki, yuxu vəziyyətinizdən asılı olaraq yastığı hər il və ya ən azı iki ildən bir dəyişmək lazımdır.


Əks halda, yastıq nəinki çox düz olur, həm də saysız-hesabsız toz gənəsi üçün sığınacaq halına gəlir.

Yastığınızı dəyişməyin vaxtının gəldiyini bilmək üçün sadəcə olaraq, yastığı yarıya qatlayın, bütün havanı sıxmaq üçün onu aşağı basın və sonra buraxın. Yastıq əvvəlki formasına qayıdırsa, bu, boyun və başın yaxşı dəstəklənməsi üçün hələ də kifayət qədər doldurucu olduğunu göstərir. Əgər bu baş vermirsə, o zaman yastıq funksional keyfiyyətlərini itirdiyi üçün onu dəyişdirməyin vaxtıdır.

Belə bir testi yatdıqdan sonra başınızın və boynunuzun ağrıdığını anladığınız anda aparmalısız.

Orta hesabla insan həyatının üçdə birini yuxuda keçirdiyi üçün yastıq təbii olaraq bakteriyalar, ölü dəri hissəcikləri, yağ ifrazatları, toz, bütün bunlarla qidalanan gənələr üçün “ev”ə çevrilir.

Bütün bunlar sızanaq, boğaz ağrısı və allergiyaya səbəb ola bilər. Buna görə də, təxminən üç ayda bir yastıq paltaryuyan maşında maksimum icazə verilən temperaturda yuyulmalıdır.


Mütəxəssislər həmçinin xüsusi qoruyucu örtükdən istifadə etməyi tövsiyə edirlər.

Günay Quluzadə