Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Həkimə getmək vaxtıdırmı…Yastı pəncə nədir?

  • 2018.11.13 10:30
  • 32892 Baxış
 - Həkimə getmək vaxtıdırmı… Yastı pəncə nədir?
Müasir dövrdə yastı pəncəlik bir çox insanlarda, əsasən də qadınlarda çox rast gəlinir. Bu ayaq problemi gündəlik həyat tərzinə, iş qabiliyyətinə mənfi təsir göstərərək yaşama keyfiyyətini aşağı salır. 


Medicina.az xəbər verir ki, ayaq pəncəsində içəri tərəfdən əyriliyin olmaması yastı pəncəlik adlanır. Yastı pəncəliyin iki forması var: əgər ayaqdakı əyrilik ayağı yalnız yerə qoyan zaman əmələ gəlirsə, bu mobil əyrilik,  pəncənin forması heç bir halda dəyişmirsə, bu forma sərt əyrilik adlanır.  


Mobil əyrilik kiçik yaşlı uşaqlarda normal sayılır. Ona görə ki, uşaqlar normal pəncə ilə doğulmurlar. Yenidoğulmuşlarda pəncə bayıra doğru çıxıq olur.

 

Səbəbi isə orda piy yığınının olmasıdır. Zaman keçdikcə bu piy sovrulur və pəncə formasına düşür. Çox vaxt uşaqlarda 7-10 yaşlarında pəncə artıq formalaşmağa başlayır. Yetkin insanların 15-25%-də mobil yastı pəncəliliyə rast gəlinir və heç bir narahatlığa yol açmır. 


Sərt yastı pəncəlik isə bir çox ciddi xəstəliklər zamanı pəncə sümüklərinin yerdəyişməsi nəticəsində yaranır. Həmçinin bu hal hündürlükdən tullanarkən, avtoqəza və idman zədələri zamanı da yarana bilər. 


Çox zaman elə düşünülür ki, dikdaban ayaqqabılar yastı ayaqlığa səbəb olur. Ancaq bu fikir yanlışdır. Dikdaban ayaqqabılar pəncənin formasını dəyişdirmir. Pəncəyə təsir edən amil yalnız ayaqqabının ayaq ölçüsünə görə seçilməməsidir. Dikdabanlar xırda əzələlərə çox güclü təsir edir. Buna görə də həftədə 40 saatdan çox dikdaban ayaqqabı geyinən qadınlarda bir sıra problemlər meydana gəlir.   


Nə zaman həkimə müraciət etmək lazımdır? 


Yadda saxlayın ki, pəncənin formasını dəyişməyə təsir edən kiçik prosedurlar sizə kömək etmirsə, bu zaman ortoped-cərraha müraciət edə bilərsiniz. Korreksiya və müalicə yalnız bu problem insana normal yeriməkdə maneçilik törədərsə və güclü ağrı verərsə olunmalıdır. Bu zaman təxirəsalınmadan cərrahi müdaxilə edilməlidir. Qeyd edək ki, yastı ayaqlılıq irsən ötürülən bir problemdir. Daha da irəliləməsinin qarşısını almaq üçün isə rahat ayaqqabı geyinmək və pəncəyə düşən yükü azaltmaq tələb olunur.


Arzu

Medicina.az