Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaşlılarda təzyiqin “oynaması” – demensiyanı artırır

  • 2023.10.18 14:42
  • 1796 Baxış
Yaşlılarda təzyiqin “oynaması”  – demensiyanı artırır

Qeyri-stabil təzyiq yaddaş pozuntusu, demensiya riskini artırır.

“Medicina” xəbər verir ki, Avstraliya alimləri təzyiq oynamasının ürək-damar və beyin qan dövranı pozulmasından xəbər verdiyini sübut edib.

Alimlər 60-80 yaş arası 100 insan üzərində təhlil aparıb. Öncədə onlarda yaddaş və koqnitiv pozuntu yox idi. Onlar müəyyən dövr ərzində təzyini müşahidə edib və beyin arteriyasının sərtliyini yoxlayıblar.

Yaşlandıqca beyin arteriyaları sərtləşir, elastikliyini itirir. Bu da qanın beyin və ürəyə daşınmasını pisləşdirir.

Elmi iş göstərib ki, arteriyaların sərtləşməsi fonunda təzyiqdə oynamalar artır, qısa müddətdə qəflətən sistolik təzyiq sıçrayır.

Belə dəyişmələr yaşlıda demensiyaya meyilliyin də olduğunu göstərir.

Nəticələr də göstərib ki, qısa müddətli təzyiq dəyişmələri olanlarda yaddaş və koqnitiv qabiliyyət zəifdir, onlar verilən testləri çətin icra edib.

Arterial təzyiqin ciddi monitorinqi demensiyanın diaqnostikasında əsas instrument ola bilər.

Aygün Musayeva