Yaşlı valideyinlərlə övladları arasında çox vaxt münasibət problemləri olur. Onlar övladları ilə elə davranırlar ki, söhbət mübahisə və qalmaqalla nəticələnir. İnsanlar elə düşünürlər ki, valideyinlər bunu bilə - bilə edir.
“Medicina” xəbər verir ki, mütəxəssis Vladimir Yakovliv artıq 10 ildir ki, valideyinlərin belə münasibətini araşdırır. O, valideyinlərin bilərəkdən övladları ilə qalmaqal etməsinin səbəblərini aşkar etmişdir. Əsas səbəblərdən biri valideynin özünü övladının həyatında hələ də əhəmiyyətli və dəyərli olduğunu hiss etdirməsidir.
“ Onlar övladlarının yerinə əvvəlki kimi qərar vermək, yol göstərməklə onların həyatında yenidən rol almağa çalışırlar.
“Emosiyasız cavab verdikdə isə özlərini övladlarının həyatında daha az əhəmiyyət kəsb etdiyini, onlara qarşı diqqətsizliyi kimi hisslər yaşaya bilərlər. Buna görə valideyinlər öz övladları ilə emosional davranaraq, onlara qarşı reaksiyanı görmək istəyirlər.
Əgər övlad emosional davranır, etiraz və mübahisə edirsə, deməli valideyn uşaqlarının həyatında hələ də müəyyən əhəmiyyətə malik olurlar. Emosiyasız davrandıqda isə, düşünürlər ki, övladları onları istəmir, həyatlarından uzaqlaşdırmaq istəyir.
Belə valideyinlərlə düzgün münasibət saxlamaq, xətirlərinə dəyməmək üçün onları dəyişdirməməyə, olduğu kimi sevməyə, istədiyi işləri görmək arzusuna toxunmamaq lazımdır. Bu zaman öz enerjinizi boş yerə sərf etməyəcəksiniz. Onların istəklərinə qarşı çıxmadıqda, onları dəyişmədikdə, valideyinlə münasibətiniz daha yaxşı və mehribançılıq olacaq”.
Günay Quluzadə