Fransanın Dijon xəstəxanası yaşlı xəstənin aclıqdan ölməsi ilə bağlı inzibati istintaqa başlayıb.
“Hazırda bu faciənin bütün hallarını müəyyən edəcək araşdırma aparılır”.
"Medicina" xəbər verir ki, 77 yaşlı mərhum qadının qohumları şikayət ərizəsi ilə müraciət edərək, onun ölümündə tibb müəssisəsinin əməkdaşlarını günahlandırıblar. Şikayətə görə, onların qohumu üzərində edilməsi nəzərdə tutulan əməliyyat “prioritet” kimi tanınmadığı üçün bir neçə dəfə təxirə salınıb.
Əməliyyat ərəfəsində xəstə bir neçə gün qidalanmayıb və nəticədə komaya düşərək ölüb.
Məlumata görə, hazırda istintaqa Dijon prokurorluğu nəzarət edir.