72 yaşlı Natalya Maksimovna 51 yaşlı əlil oğluna baxmaqdan yorularaq, bezərək və öləndən sonra oğlunun baxımsız qalacağından qorxaraq intihar yolunu tutub.
Medicina.az xəbər verir ki, intihardan öncə o qohumlarına zəng edib, qonşuları ilə vidalaşıb.
Ölümqabağı məktubunda o intihar səbəbini belə açıqlayıb: hər şeydən yoruldum, oğluma yaxşı baxa bilmirəm, onu əlillər evinə də qoya bilmirəm. bütün günahı öz üzərimə götürürəm.
Ölümümdən sonra ona baxan olmayacaq, ona görə biz gedirik.
Xəbər verilir ki, qadının oğlu inşaatçı idi və iş qəzası nəticəsində yıxılaraq başından travma alaraq əlil olmuşdu.
10 ildir oğluna baxan ana ölümünə kimi özünü normal, sakit aparıb.
Oğluna zəhər verərək, özü qardaşına zəng edib, evin açarını itirdiyini bildirib və gəlməsini xahiş edib. Qardaşı 12 saatlıq yoldan gəlib çatanda ana-balanın meyitini aşkarlayır. Onlar yüksək dozada dərmandan ölmüşdülər.