Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaşlı insanlarda çillər təhlükəli ola bilər - Həkim

  • 2022.08.26 16:36
  • 3308 Baxış
Yaşlı insanlarda çillər təhlükəli ola bilər   -  Həkim


Çil insan üçün təhlükəli deyil. Amma yaşlı insanların sonradan üz və bədənlərində çillərin artması risklidir.

Medicina xəbər verir ki, həkim nevroloq Olqa Qofman bu barədə yaşlıları xəbərdar edib.


Efelidlər növündə çillər yaşlı insanlarda, ahıllarda melanoma dəri xərçəngi riski yaradır.


"Adətən çillər açıq dərili, sarışın tip və mavi gözlü insanlarda, kürənlərdə və sarı saçlılarda daha çox yaranır.


Norma olaraq uşaqlarda 2-3 yaşından başlayıb yeniyetməliyə kimi davam edir, sonra onlar itir və ya bir daha yeniləri yaranmır.
Əgər heç çili olmayan insanda yaşlı vaxtı əmələ gələrsə, bu melanoma riskini artırır.

Çünki efelidlər onkoloji xassəli ola bilər.
Bu zaman dermatoloqa getmək, çilləri yoxlatmaq lazımdır. Xallar və çillərin ölçüsünə, dəyişiminə də diqqət yetirin. 75% hallarda melanomalar yaşlı vaxtı yaranan yeni ləkələrdə olur.


Çilləri olan insanlar günəşdən, qaralmaqdan və lazerdən uzaq durmalıdır.
Mütləq SPF qoruyucular çəkməlidir".

Aygün Musayeva