60-69 yaş arasl insanların müasir gadjetləri öyrənməsi və istifadə etməsi yaddaş pozğunluğu, demensiya riskini 15% azaldır. Televizora baxmaq isə əksinə demensiyanı artırır və faydalı deyil.
"Medcina" xəbər verir ki, bu fikri amerikan epidemioloqları bildirib.
Onlar 146 min ingilisin tibbi məlumatlarını analiz ediblər.
Yaşlıların az hərəkət etməsi, fiziki aktivliyinin azalması və oturaq həyatı bir tərəfdən təbiətən uyğundur, digər tərəfdən onların beyin aktivliyini azaldır, bütün günü televizora baxmaq da xilas etmir.
Yaşlılar otura bilər, amma koqnitiv aktiv olmaq şərtilə. Buda oyunlar, kompüterdə işləmək, oxumaq aiddir.
Sübut olunub ki, kompüterdə vaxt keçirən insanlar intellekt testlərini daha yaxşı verir.
Texas universitetinin alimləri 60-69 yaş insanlar üzərində 4 illik müşahidələrin nəticəsində bildirib ki, gün ərzində 4-5 saat televizora baxan yaşlılarda gündə 1 saat kompüterdə işləyənlərə nisbətən demensiya riski 4 dəfə artır.
Alimlər bunu onunla izah edir ki, televizora baxmaq 100% hipodinamiyadır, komptürdə işləmək isə hərəki və beyin aktivliyi tələb edir. Ona görə birincidə enerji itkisi getmir, ikincidə isə enerji itirilir.
Aygün Musayeva