Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaşlı insanlar üçün ən faydalı yağ- gündə 1 qaşıq

  • 2025.01.15 20:05
  • 389 Baxış
Yaşlı insanlar üçün ən faydalı yağ -  gündə 1 qaşıq

Yaşlı orqanizmə gündə bir qaşıq təmiz zeytun yağı lazımdır.


“Medicina” xəbər verir ki, həkim Yelena Solomatina ahılların ürək-damar sistemi üçün ən müsbət təsirli yağı açıqlayıb.

“Zeytun yağı yarım doymuş turşularla zəngindir. Adətən Omeqa 9 ürək-damar sisteminin işini yaxşılaşdırır.

Araşdırmalar da göstərib ki, gündə 1 xörək qaşığı zeytun yağı 2 həftə sonra ürək damar sistemini yaxşılaşdırır.

Yaşlılarda orqanizmin qocalması prosesi ilk olaraq, damar sistemindən başladığı üçün bu sistemi gücləndirmək vacibdir.

Zeytun yağının extra virgin növündən gündə 1 qaşıq udmaq vərdişi həzmi də yaxşılaşdırır və qaraciyərdə iltihabi prosesləri azaldır.


Ona görə evdəki yaşlılarda bu yağa üstünlük verin”.

Aygün Musayeva