Yaşlı insanların orqanizminə xeyir verən məhsullardan biri də kefirdir.
“Medicina” xəbər verir ki, diyetoloq Marqarita Muxinanın sözlərinə görə, kefirdə B qrup vitaminləri var ki, bu da dərinin vəziyyətinə müsbət təsir göstərir.
“Bu içki sayəsində dərinin bərpası və hətta yataq xəstəsi olan yaşlı insanlarda yataq yaralarının qarşısının alınmasında yaxşılaşma baş verir.
Bundan əlavə, kefirin istifadəsi saçın vəziyyətini yaxşılaşdırır. Mütəxəssisin sözlərinə görə, bu fermentləşdirilmiş süd məhsulunda zülal da daxil olmaqla, saç üçün lazım olan hər şey var. Kefir zülal qaynağı olaraq, əzələ kütləsini gücləndirmək üçün də faydalıdır ki, bu da yaşlılıqda zəifliyin qarşısını almaq üçün vacibdir.
Kefirin başqa bir şübhəsiz üstünlüyü onun bağırsaq mikroflorasına təsiridir. Bağırsaqların bakterial tərkibini yaxşılaşdırmağa kömək edən kefir yaşlılarda immuniteti yüksəltməyə" kömək edir.
Kefir zərərli floranı sıxışdıraraq immuniteti yüksəltməyə kömək edir.
Kefirin immun sisteminə müsbət təsiri qismən onun tərkibində immunitet sistemi üçün əsas qida maddələrindən birinin - D vitamininin olması ilə bağlıdır.
Onun digər iki vitamini (A və E) orqanizmi yaşa bağlı bir çox proseslərdən qoruyur. görmə və eşitmə, skelet sümüklərinin zəifləməsi kimi sağlamlığı pozur”.
Aynurə Məmmədova