Hər il 65 yaşdan yuxarı pasiyentlər üzərində hər hansı əməliyyatt keçirildikdən sonra, onların 1%-də insult baş verir. Hətta bəzən elə əməliyyat gedişatında insult olur.
Medicina.az xəbər verir ki, bunu gizli və lal insult adlandırır. Bu insultun elə də əlamətləri görülmür, yalnız beynin MRT zamanı aşlar olunur.
Elmi tədqiqatda 1114 nəfər yaşlı pasiyent iştirak edib. Onlar Asiya, Amerika, Avropadan seçilib. Bu insanların hamısı 65-75 arası digər orqanlarında ümumi cərrahi əməliyyat keçirmiş xəstələr idi.
Əməliyyatdan 10-14 gün sonra onların beyni MRT olunub və 10%-də gizli insult aşkar edilib. Halbuki əməliyyatdan öncə onların beynində belə əlanətlər yox idi.
Alimlər davam edərək bu şəxsləri 1 il ərzində izləyib. Aşkar olunub ki, 42% gizli insult keçirmiş yaşlılarda əqli intelekt və qabiliyyət azalıb.
Gizli insult psixi pozğunluqlar yaradıb və beyin qan dövranını da pozub.
Ona görə də alimlər yaşlı insanları hər hansı əməliyyatdan sonra MRT edib beynini nəzarətdə saxlamağı tövsiyyə edir.