Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaşlı ana böyrəyini oğluna bağışladı

  • 2019.02.13 11:17
  • 6725 Baxış
Yaşlı ana böyrəyini oğluna bağışladı
 


Yaşlı ana öz böyrəyini oğluna bağışlayıb.


Respublika Müalicəvi Diaqnostika Mərkəzindən (RMDM) Medicina.az-a verilən məlumata görə, əməliyyata "Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad Şolanın rəhbərliyi ilə həyata keçirilib.


Cərrahın sözlərinə görə, əməliyyatın mürəkkəbliyi böyrəyi bağışlayan ananın donorluq üçün kifayət qədər yaşlı hesab edilməsində olub: "Ümumiyyətlə, dünya transplantologiya təcrübəsində donorluq həllini gözləyən problemlərdəndir. Qohumlar arasında uyğun donor tapılana kimi bir neçə namizədin sağlamlıq və uyğunluq vəziyyətinin yoxlanılması lazım olur. İndiki halda resipiyentə donorluq üçün təkcə ana uyğun gəldi”.


Həkim qeyd edib ki, donorun yaşlı olması əməliyyatın riskini artırırdı:


"Komandamızın birgə əməyi sayəsində bu riskindən də öhdəsindən gəldik, əməliyyat uğurla həyata keçirildi. Resipiyent və donor yaxşı vəziyyətdə evə yazıldılar”.