Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Yaşlı adamları evlərdə təcrid edin, yazıqdırlar, öləcəklər" - 7 xəstəxananın baş həkimi hökumətə yalvardı

  • 2021.10.07 16:33
  • 2407 Baxış
“Yaşlı adamları evlərdə təcrid edin, yazıqdırlar, öləcəklər" -  7 xəstəxananın baş həkimi hökumətə yalvardı

Başqırdıstanın əsas mərkəzi xəstəxanalarının baş həkimləri hökumət rəhbərliyinə məktub yazaraq, kovid tədbirləri ilə bağlı xahiş ediblər.

Medicina.az xəbər verir ki, baş həkimlər 65 yaşdan yuxarı vətəndaşların həyatının təhlükədə olduğunu bildirib.

Onlar respublikanın rəhbəri Radiy Xabirovdan yaşlı vətəndaşları məcburi özünütəcridə qapadılması üçün göstəriş verməsini xahiş ediblər.

Ölkədə koronavirusla bağlı vəziyyət çox gərgindir, yoluxanlar, ölənlər çoxdur.

“Siz təsəvvür etmirsiz ki, biz həkimlər reanimasiyada yaşlı, xroniki xəstələrin üzərində bütün müalicə protokollarını tətbiq etsək də onları xilas edə bilməyəndə necə əzab və ağrı çəkirik. Əl-qolumuz ümidsizcə yanımıza düşür, artıq gücümüz tükənir. Yaşı 60-dan yuxarı insanlar daha çox ölür.

Ölkədə peyvənd əleyhinə çıxanlar çoxdur, insanlar peyvənddən çəkinir. Belə bir durumda yaşlılarımızı qorumaq üzərimizə düşür. Ona görə xahiş edirik, amansız koviddən yaşlılarımızı qorumaq üçün onları bir müddət evlərində təcrid etmək lazımdır. Bunun üçün daha sərt tədbirlər əmri verməyinizi xahiş edirik”.