Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaşlı adamlar susadığını hiss etmir, orqanizm susuz qalır – Ciddi təhlükə

  • 2021.09.24 16:13
  • 1992 Baxış
Yaşlı adamlar susadığını hiss etmir, orqanizm susuz qalır  – Ciddi təhlükə

Payızda qrip və virus xəstəlikləri, eləcə də hazırda pandemiya şəraitində kovid orta və yaşlı insanlarda orqanizmin susuzlaşması, quruması riskini ikiqat artırır.


Yayd istilərə görə maye qəbulunu artıran insanlar payız girən kimi suyu unudur.
Bədəndə suyun çatışmaması ölüm riskini artırır.

Medicina.az xəbər verir ki, yaşlı adamların orqanizmi susuzluqdan qurusa da beyin su işmək siqnalını vermir, bu tələbata qarşı onlar sanki kardırlar. Ona görə belə adamlara məcburi su içməyi xatırlatmaq lazımdır.


Hind alimi, herontoloq Prasun Çatterci bildirib ki, yaşlı adamlarda susuzlaşma siqnalı zəifdir, bədən az tərlədiyi üçün onlarda susuzluq ciddi hiss olunmur. Amma buna baxmayaraq, onların da su balansı kəskin pozulmuş olur.

“Real həyatda bu insanlar sadəcə suyu unudurlar, çünki göz görülən yerdə, əl altında su yoxdur. Çay isə suyu əvəz etmir.

Bu vərdiş uşaqlıqdan qoyulur. Uşaq gəzintiyə gedir yanında su yoxdur, evdə içərsən, evdə otağında yoxdur, məktəbdə siniflərdə yoxdur. Beləcə, biz susuzluğumuzu basdırıb, iqnor edirik. Halbuki sidiyə çağırış gələn kimi vacib tualetə getdiyimiz kimi, bədən su siqnalı verən ki, harda olsaq da dərhal su tapmalıyıq.

Əgər hər bir şəxs əlinin uzandığı məsafədə - maşında, masada, çarpayı yanında, işdə bir butul su qoysa, görəcək ki, o suya tələbat nə qədər çoxdur. Yaşlı adamlarda su qəbulunu evdəki gənclər tənzimləməlidir. Əks təqdirdə beyində, ürəkdə problemlər kəskinləşir. Şəkər xəstələri ümumiyyətlə daha artıq su içməlidirlər”.