Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaşlı adamın səhər işə hazırlaşması – Bu xəstəliyin əlamətidir

  • 2024.03.28 19:45
  • 828 Baxış
Yaşlı adamın səhər işə hazırlaşması  – Bu xəstəliyin əlamətidir

Evdə illərdir təqaüddə olan yaşlı insanın bir səhər durub işə hazırlaşması və işləmədiyini unutması ailəsi üçün siqnal olmalıdır.


“Medicina” xəbər verir ki, həkim Anna Şestakova yaşlılıq əqli geriləməsinin simptomlarını açıqlayıb.


“Yaşlılarda ilk növbədə yaddaş və diqqət azalır. Kliniki simptomlar olaraq yüksək qıcıq, təşviş, küskünlük, kaprizlər, baş ağrıları, yuxu pozulması və s. özünü göstərir.

Əgər 10 -20 ildir işləməyən yaşlı bir səhər qalxıb işə getmək üçün geyinib hazırlaşması artıq demensiyanın kəskinləşməsindən şübhələnmək olar.

Demensiyanın yaranmasına baş beyin qan dövranının təsiri var: beynin qan təchizatının zəifləməsi nəticəsində təzyiq, diabet, psixi pozuntular,
Alsheymer, beyin şişləri, insultlar ola bilər.

Demensiya ilə nevroloq, psixiatr məşğul olur”.

Aygün