Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaşlı adam gündə 5 dəfə yeməlidir – Həkim

  • 2023.04.28 18:08
  • 2094 Baxış
Yaşlı adam gündə 5 dəfə yeməlidir  – Həkim
Yaşlı insanlar, normalda az- az, lakin 6 dəfə qidalanmalıdır. Qida mümkün qədər müxtəlif çeşidli olmalıdır.

“Medicina” xəbər verir ki, həkim – diyetoloq Marqarita Karalyovanın sözlərinə görə, əgər insan səhər saat 10-da və ya daha gec oyanırsa, gündə ən azı dörd dəfə yemək yeməlidir. Əgər çox tez oyanırsa, gündə 5-6 dəfə yemək olmalıdır.


“Yeməklər arasında 2-3 qəlyanaltı etmək daha yaxşıdır.
Pəhrizin daha müxtəlif olmasını təmin etmək lazımdır. Bir insan gündə beş və ya altı dəfə orta hissələrdə yemək yedikdə, bədəninin müxtəlif mikroelementlər, vitaminlər alma ehtimalı daha yüksək olur.

Bu müxtəliflik metabolik proseslərin sürətlənməsində mühüm rol oynayır və sağlam bağırsaq mikrobiomunun qorunması üçün vacibdir.

Əksər xəstəliklər qeyri-düzgün qidalanma nəticəsində yaranır. Ürək-damar xəstəliklərinin, arterial təzyiqin, şəkərli diabetin profilaktikasında sağlam qidalanma vacibdir.

Bu baxımdan yaşlı insanların qidasında liflə zəngin məhsullar üstünlük təşkil etməlidir. Lif bağırsağın fəaliyyətini stimullaşdırır, maddələr mübadiləsini sürətləndirir. Həmçinin lifli qidalar insanı tox tutur. Pəhriz lifləri ürək və II tip diabet xəstəliklərinin inkişafının qarşısını alır, qan şəkərin idarə olunmasında və xolesterolun azalmasında mühüm rol oynayır”.

Aynurə Məmmədova